Misli Premyer Liqasının 18-ci turunda "Kəpəz" "Sumqayıt"la heç-heçə etdi - 0:0.
Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Azər Bağırov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Futbolda yazılan və yazılmayan qaydalar var. Şükürlər olsun ki, son matçlarda yaxşı oynayırıq. "Neftçi" ilə matçda kobud səhvlərə görə məğlub olduq. Bu gün meydanda çox yaxşı "Kəpəz" var idi. Qarşıda çox çətin 3 və 4-cü dövrə var. Seleksiya işləri var. Çalışacağıq bəzi dəyişiklər edəcəyik. Qarşıdakı dövrələrdə belə matçlarda qələbə qazanmalıyıq".