Türkiyə 1-ci Liqasında mübarizə aparan "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərinə baxan Cengiz Şen tərəfindən döyülüb.
Offsideplus.az xəbər verir ki, C.Şenin klub prezidentini döydüyü görüntülər üzə çıxıb və xəsarət və təhdid etmə daxil daha 6 cəzası olan klub rəsmisi barədə cinayət işi açılıb.
Gökhan İnə xəsarət yetirən şübhəli hər yerdə axtarılır. Video görüntüləri çəkən şəxsin əlində silahın olduğu bildirilir.
Qeyd edək ki, "Sakaryaspor" bu gün Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" ilə üz-üzə gələcək.