Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiyadası davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün VIII turun oyunları keçiriləcək. Həm kişilərdə, həm də qadınlardan ibarət millimiz İtaliya ilə üz-üzə gələcək.

Son turda Qazaxıstana qalib gələn bəylərimiz 7 oyundan sonra 10 xalla 14-cü pillədə yer alıb.

Son qarşılaşmada Qazaxıstana məğlub olan qadın zəka sahiblərimiz isə 10 xalla 19-cu sırada qərarlaşıblar.

Qeyd edək ki, heyətlər hələ bəlli deyil.