45-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda yığmalarımızın rəqibləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, VII turda həm kişilərdən, həm də qadınlardan ibarət millilərimiz Qazaxıstanla qarşılaşacaq.
Bəylərimiz 8 xalla 22-ci pillədə qərarlaşıblar. Xanımlarımız isə hazırda 10 xalla 10-cu sıradadırlar.
Qeyd edək ki, sentiyabrın 17-si Olimpiadada istirahət günüdür, VII turun oyunları sabah keçiriləcək.