Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə idman jurnalistləri arasında “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan turnir keçirilib.
Offsideplus.az xəbər verir ki, turnirin açılış mərasimində Vətən müharibəsi şəhidləri və dünyasını dəyişən jurnalistlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca “5 mart Bədən Tərbiyəsi və İdman günü”n tarixi və əhəmiyyəti barədə danışılıb, media nümayəndələrinin idmanın inkişafında mühüm rolu qeyd edilib.
“İdman birləşdirir” şüarı ilə təşkil edilən şahmat yarışında ilk gedişi dünyadan vaxtsız köçən tanınmış jurnalist, televiziya aparıcısı Elnur Əşrəfoğlunun övladı Mətin Şükürov edib.
İsveçrə sistemi üzrə 9 turdan ibarət şahmat yarışında müxtəlif media orqanlarını təmsil edən 22 idman jurnalisti mübarizə aparıb.
Maraqlı mübarizə şəraitində keçən yarışda maksimum nəticə ilə Ceyhun Əliyev (sport24.az) birinci, 8 xalla Aysel Adıgözəlli (qol.az) ikinci, 6.5 xal toplayan Cəmaləddin Rəhmanov (Milli Olimpiya Komitəsinin informasiya şöbəsi) isə üçüncü yeri tutub. İlk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı, “Azərçay”, P&G, Cinema Plus-dan qiymətli hədiyyələr təqdim olunub.
Dördüncü və beşinci yeri tutan Seymur Teymurov (offsideplus.az) və Siyavuş Əliyevə (İDMAN TV) “Azərçay” və P&G-dən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “İdman birləşdirir” şüarı ilə təşkil edilən yarışda 22 media nümayəndəsi mübarizə aparıb. “Azərçay”, P&G və Cinema Plus şirkətlərinin dəstəyi ilə baş tutan şahmat yarışı 9 turdan ibarət olub.
{gallery preview_height=400}2022-02-28/sah-2/{/gallery}