Fevralın 27-də Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyası “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan idman jurnalistləri arasında şahmat yarışı təşkil edəcək.
Offsideplus.az xəbər verir ki, “İdman birləşdirir” şüarı ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.
Yarışın reqlamentinə əsasən hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə olunacaq.
9 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və qiymətli hədiyyələr təqdim olunacaq.
Şahmat turniri doğma çay - “Azərçay”, P&G və Cinema Plus şirkətlərinin dəstəyi ilə keçiriləcək.