İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az chess.az-a istinadən xəbər verir ki, qitə birinciliyinə altı nəfərlik heyyətlə yollanan şahmatçılarımızdan birinin adına son iki turda rast gəlinməyib. Söhbət son Azərbaycan çempionu və avqustun əvvəlində Rusiyada başa çatmış Dünya kubokunun 1/8 finalçısı olmuş Vasif Durarbəylidən gedir. Məlum oldu ki, Vasif qitə birinciliyinin gedişində verdiyi COVİD-19 testinin cavabı pozitiv çıxdı. Koronavirus aşkarlanan şahmatçımızı İslandiyada 14 günlük karantinə yerləşdiriliblər və avtomatik olaraq onun adı Avropa çempionatının növbəti turların püşkatmasından çıxarlıb. Qeyd edək ki, Vasif Durarbəylidən başqa İngiltərə şahmatçısı Pein Malkolm və meydan sahibləri Stefan Berqsson və Torestin Leyfssoun da verdiyi analizlərin cavabı pozitiv oldu və onlar da Vasif kimi Avropa çempionatına erkən vida etməli oldular.