Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirinin 1/4 final mərhələsi keçirilib.
Offsideplus.az xəbər verir ki, dünya 4-cüsü Yan Nepomnyaşşiy ilə qarşılaşan şahmatçımız Teymur Rəcəbov qələbə qazanaraq yarımfinala yüksəlib. Heç-heçə ilə bitən görüşlərin ardından azərbaycanlı qrossmeyster adını yarımfinala yazdırmağı bacarıb.
Matçın ilk 8 oyununda tərəflər hərəyə 1 qələbə qazanıb, 6 dəfə isə heç-heçə ediblər. Qalibi müəyyənləşdirmək üçün keçirilən 2 blitz oyunda da tərəflər hərəyə 1 dəfə qalib gəldilər. Armageddonda isə Teymur Rəcəbov üstün olub. Rəqib gərgin görüşün sonunda məğlub olduqda əsəblərinə hakim ola bilməyib.
Yarımfinalda Rəcəbovun rəqibi Danil Dubov olacaq.