Dünən ilk dünya çempionu olmuş Vilqem Steynitsin xatirəsinə həsr olunmuş onlayn şahmat superturniri başa çatıb.


Offsideplus.az xəbər verir ki, Şəhriyar Məmmədyarov bu yarışı 9 xalla dördüncü pillədə bitirdi.

Turnirin qalibi isə 12 xalla Dünya çempionu Maqnus Karlsen oldu. Rusiyalı Daniil Dubov 10 xalla ikinci, onun həmyerlisi Petr Svidler isə 9.5 xalla üçüncü sırada yer aldı.

Qeyd edəl lo, yarışın ümumi mükafat fondu 30 000 avro təşkil edirdi.