“Gaming League Azerbaijan” FİFA20 oyunu üzrə, ilk rəsmi Azərbaycan çəmiponatının 2-ci liqasının seçmə mərhələsini elan edir!

Qeydiyyatdan keçmək üçün İnstagramGaming League Azerbaijan facebook səhifələrinə daxil olmaq kifayətdir.

“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi liqada ilk 3 pillənin sahibləri mükafatlar qazanmaqla yanaşı, FİFA20 1-ci Liqasına vəsiqə əldə edəcəklər.

Mayın 24-ü, saat 12:00-da start götürəcək seçmə mərhələnin sonunda ən yaxşı nəticə göstərən 20 iştirakçı 2-ci liqada iştirak etmə şansı qazanacaq. Oyunlar “online” şəkildə, olimpiya sisteminə uyğun keçiriləcək.