FİFA20 Milli Liqasının 8 turu arxada qalıb.

Offsideplus.az xəbər verir ki, “Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Azərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyi, eləcə də Topazın birgə təşkil etdiyi çempionatda “Nakhchivan Alinja Tower”dən başqa bütün komandalar xal itiriblər. Gərginliyin və həyəcanın günü-gündən artdığı yarışda Cavid Qurbanovun idarə etdiyi kollektiv 100%-lik nəticə qazanaraq 24 xalla turnir cədvəlinin vahid lideridir. Onların ən yaxın izləyicisi, Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” komandası 19 xalla 2-ci sırada qərarlaşıb. İlk üçlüyü isə mövsümə ardıcıl xal itkiləri ilə başlasa da, son iki turu qələbə ilə tamamlayan Tural Həsənovun təmsil etdiyi “Karabakh Horses” klubu təşkil edir. “Qarabağ atları”, “Sülhməramlılar”dan cəmi 1 xal geri qalır. Liqanın son pillələrində isə hələ də qələbə üzünə həsrət qalan 4 komanda qərarlaşıb. Bunlar “Neftchala Sailors”, “Mingachevir Energizers”, “Lankaran Heroes”, “Qazakh Ashiqs” kollektivləridir. Ümumi mükafat fondu 17 min manat olan FİFA20 Milli Liqasının növbəti turları aprelin 26-ı və 27-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan, 21:00-a qədər “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

Qeyd edək ki, günün ən maraqlı qarşılaşmaları İdmanTV vasitəsilə canlı yayımlanır. 

Fifa Match List Recovered tur 8 NETFifa Scoreboard 8 1Fifa Scoreboard 8 2