İki parisli hüquqşünas Kərim Morand Lahuazi və Viktor Zaquri "FIFA Ultimate Team"ə (FUT) görə "Electronic Arts"ı məhkəməyə verib.
Offsideplus.az xəbər verir ki, Zaqurinin müştərisi kartlara 600 avro xərcləyib və heç vaxt yaxşı oyunçularla rastlaşmayıb. Viktorun sözlərinə görə, EA asılılıq elementləri olan qumar sistemi yaradıb. Kart dəstlərinin alınmasını kazinoda bəhs kimi görür. Zaquri 11 yaşlı uşaqların FİFA-da valideyn nəzarətinin olmaması səbəbindən FUT-a pul xərcləməsindən də narahatdır.
Vəkillər məhkəmənin köməyi ilə kartların itirilməsi alqoritmi haqqında məlumat alacaqlarına ümid edirlər.