"Yuventus" klubu bu yay mərkəz hücumçusu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora"nın gündəminə son olaraq Niklas Füllkruq gəlib.

Bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.

Füllkruq ötən ilin yayından bəri "Vest Hem"də çıxış edir. Başa çatan mövsüm onun üçün o qədər də uğurlu alınmayıb.

Almaniyalı hücumçu 20 oyunda 3 qol vurmağı bacarıb.