"Atalanta" yeni baş məşqçisini tapıb.
Offsideplus.az xəbər verir ki, Berqamo klubu bu posta İvan Yuriçi gətirir. Xorvatiyalı mütəxəssis 9 ilin ardından komandadan ayrılan Can Pyero Qasperinini əvəz edəcək.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Yuriç son olaraq "Sauthempton" klubunu çalışdırıb. Onun komandası Premyer Liqanı sonuncu yerdə başa vurub.
O, daha öncə İtaliyada "Mantova", "Krotone", "Cenoa", "Verona", "Torino" və "Roma" klublarını da çalışdırıb.