"Yuventus" cari mövsümü icarə əsasında "Fənərbağça"da keçirən Filip Kostiçi geri qaytaracaq.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" serbiyalı futbolçudan Klublararası Dünya Çempionatında istifadə etmək istəyir.
Bu barədə "Sky Italia" portalı məlumat yayıb.
Kostiç cari mövsüm "Fənərbağça"nın heyətində 33 oyunda 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun Turin təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.