Bu gün İtaliya Kubokunda həlledici qarşılaşma keçiriləcək.

Offsideplus.az xəbər verir ki, final görüşündə "Milan" və "Bolonya" üz-üzə gələcək. 

"Milan" daha öncə bu kuboku 5 dəfə qazanıb. "Rossoneri" sonuncu dəfə 2003-cü ildə bu titulu başı üzərinə qaldırıb.

"Bolonya"nın həsrəti isə daha böyükdür. Bu kuboku 2 dəfə qazanan "qrımızı-göylər" 1974-cü ildən bəri bu uğuru əldə bilmir.

"Milan" İtaliya Kubokunu qazanarsa, cari mövsüm 2-ci kubokunu qaldırmış olacaq. Onlar İtaliya Superkubokunu da qazanmağı bacarıblar.

Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.