"Barselona"nın sabiq baş məşqçisi Xavi yenidən çalışmaq istəyir.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin arzusu İtaliya klubu "Yuventus"u çalışdırmaqdır. Bu barədə "El Nacional" portalı məlumat yayıb.
"Qoca sinyora"ya hazırda başçılıq edən Tiaqo Motta üçün işlər o qədər də yaxşı getmir. Onun komandası A Seriyasının son turundə evində "Atalanta"ya 0:4 hesabı ilə məğlub olub. Turin klubu həmçinin Çempionlar Liqasında və İtaliya Kubokunda mübarizəni erkən dayandırıb.
Klubun rəhbərliyi gələn mövsüm üçün Mottanın yerinə namizədlər axtarmağa başlayıb.