İtaliyanın "Komo" klubunun yarımmüdafiəçisi, əvvəllər "Real Madrid"də çıxış etmiş Niko Paz "İnter"in maraq dairəsinə düşüb.

Offsideplus.az xəbər verir ki, həmçinin İspaniya təmsilçisidə oyunçusunu geri qaytarmaq istəyir. Madrid klubu Pazı geri qaytarmaq üçün "Komo"ya 9 milyon avroluq təklif etməyə hazırlaşır. Əgər "Real" bu variantdan yararlansa, "İnter" futbolçunun transferi üçün Madrid klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, 20 yaşlı Niko Paz bu mövsüm 26 matçda meydana çıxaraq 6 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 20 milyon avro təşkil edir.