İtaliya A Seriyasında mübarizə aparan "Parma"nın yeni baş məşqçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, komandanın "sükanı arxası"na Kristian Çivu gətirilib. Bu barədə klubun mıtbuat xidməti məlumat yayıb.
44 yaşlı çalışdırıcının Seriya A-da ilk baş məşqçilik təcrübəsi olacaq. Ruminiyalı mütəxəssis İtaliyada daha öncə "İnter" aşağı yaş qruplarında çalışıb.
Qeyd edək ki, 2024/25 mövsümündə "Parma" 20 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.