"Napoli"nin baş məşqçisi Antonio Konte Xviça Kvaratsxeliyanın gələcəyi ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Footmercato" yayıb. Təcrübəli futbolçu bunları söyləyib:

"Hal-hazırda klub və futbolçunun arasında müzakirələr gedir, amma mən detallara girmək istəmirəm. Xviçadan xahiş edirəm ki, gördüyü işi davam etdirsin və diqqətini mövsümə yönəltsin. O, peşəkar bir insandır".

Qeyd edək ki, sözügedən futbolçu 2022-ci ildən "Napoli"nin şərəfini qoruyur.