"İnter'in baş məşqçisi Simone İnzaqi "Roma" üzərində səfər qələbəsi barədə (1:0) mətbuat konfransında maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:

"Komanda olaraq üzərimizdə çalışmalı və səhvlərimizi düzəltməliyik. Müəyyən məqamlarda çətinliklər yaşayırıq. "Roma" güclü olsa da, biz daha yaxşı təsir bağışladıq. Futbolçulardan razıyam onlar möhtəşəm idilər"

Qeyd edək ki, hazırda "İnter" 17 xalla İtaliya A Seriyasında ikinci pillədə qərarlaşıb.