"İnter" futbolçularından biri ilə yeni müqavilə imzalayıb.

 

Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi Kristian Aslani ilə yoluna daha 4 il davam edəcək. Albaniya millisinin oyunçusu 2028-ci ilin yayına qədər "İnter"in formasını geyinəcək.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Aslani 2022-ci ildə "Empoli"dən transfer olunub.