Françesko Totti keçmiş klubu "Roma"nın transfer siyasəti ilə bağlı narazılığını dilə gətirib.

Offsideplus.az xəbər verir ki, Totti hücumçu Artem Dovbikin transferi barədə də danışaraq bunları qeyd edib: "“Roma”nın sistemini hələ də anlaya bilmirəm. Burada xaos hökm sürür. Əvvəl bir neçə futbolçu transfer edildi, sonra yeniləri gəldi. Son gün isə yenə bir neçə oyunçu ilə müqavilə bağlandı. Çoxlu pul sərf olundu. Dovbik? Klubun hücumçuya ehtiyacı var idi, amma 30 milyon avro ilə hücumçu tapmaq asan deyil."