"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya İtaliya klubu ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi 2029-cu ilə qədər, bir mövsüm uzatma seçimi ilə, müqaviləni yeniləməyə razılaşıb. 

Cari mövsüm "Napoli"nin heyətində 4 oyun keçirən 23 yaşlı futbolçu, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.