Silahlı şəxslər "Napoli"nin futbolçusu David Neresə "Parma"ya qarşı oyundan (2:1) sonra hücum edib.

Offsideplus.az xəbər verir ki, futbolçunun maşınının şüşələri sındırılıb, silahla hədələnərək "Rolex" saatı oğurlanıb. Neresin durumu yaxşıdır, oyunçu hadisədən qorxub.

David bu oyunda qələbə qolununun assistinə imza atmışdı.