İtaliya təmsilçisi "Napoli", "Çelsi"dən Romelu Lukakunun transferinin baş tutacağına tam əmindir.
Offsideplus.az xəbər verir ki, neapollular belçikalı forvardın tezliklə Antonio Kontenin rəhbərlik etdiyi komandanın heyətinə qatılacağına inanır.
31 yaşlı hücumçu artıq "Napoli" ilə şəxsi razılığa gəlib: tərəflər beş həftə əvvəl 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə şərtlərini razılaşdırıblar.
Lukaku son dövrlərdə başqa klublardan gələn üç təklifi rədd edib və hazırda "Çelsi"dən "Napoli"yə keçid üçün icazə gözləyir.
Belçikalı futbolçunun "Napoli"yə transferinin dəyərinin 30 milyon avrodan çox ola biləcəyi gözlənilir.