"Yuventus"un yarımmüdafiəçisi xarici liqalarda özünü sınamağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, sözügedən futbolçu Federiko Kyezadır. 

Klubu 26 yaşlı oyunçusunu bu yay satmaq istəyi olsa da, onun üçün maraqlanan klublar say etibarı ilə azdır.

A Seriyasının heç bir komandası Kyeza ilə müqavilə imzalamaq niyyətində deyil. 

Federiko Kyeza ilə Premyer Liqa və Super Liqa təmsilçiləri maraqlanır. 

Kyezanın "Yuventus"la olan müqaviləsi gələn ilin yayında başa çatacaq.