"Milan" və "Roma" klubları "Borussiya Münhenqladbax"ın yarımmüdafiəçisi Manu Koneni transfer etməyə maraq göstərir.

Offsideplus.az xəbər verir ki, futbolçu hazırkı klubundan ayrılmaq istəyir və ona təklif edilən yeni müqaviləni qəbul etməyib.

Bu vəziyyətdən yararlanmaq istəyən İtaliyanın iki nəhəng klubu, 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. Transferin qiyməti təxminən 20-25 milyon avro arasında dəyişir. 

Manu Konenin "Borussiya Münhenqladbax"la mövcud müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.