Fransa millisinin və "Monako"nun yarımmüdafiəçisi Yusuf Fofana karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, onun xidmətində "Milan" maraqlıdır.

Qeyd olunub ki, tərəflər artıq razılıq əldə ediblər.  Fransız "Milan"la 4 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, adıçəkilən oyunçu ilə daha əvvəl "Mançester Yunayted"in maraqlandığı qeyd olunurdu.