Alessandro Buonjorno "Torino"dan ayrılıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mərkəz müdafiəçi "Napoli"yə keçib. Neapol təmsilçisi Turin klubuna bonuslarla birgə 40 (35+5) milyon avro ödəyəcək. 

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsüm A Seriyasında 29 qarşılaşmada 3 qol vurub.