"Milan" rəhbərliyi komandanın baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərməyə hazırlaşır.
Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, uğursuz nəticələrdən sonra gənc mütəxəssisin gələcəyini müzakirə edən rəhbərliyin artıq yeni çalışdırıcı axtarışlarına başladığı iddia olunur. Hazırda bu vəzifəyə ən real namizəd isə Antonio Kontedir. “Rossonyerlər” Qattuzonu məhz “Çelsi”nin sabiq baş məşqçisi ilə əvəzləmək fikrindədir.
Qeyd edək ki, “Milan” bu mövsüm A seriyasında keçirdiyi 5 oyunda cəmi 6 xal toplayıb və 14-cü sırada qərarlaşıb.



