"İnter" baş məşqçisi Simone İnzaqi ilə yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Qeyd olunub ki, mütəxəssislə 2026-ci ilin yayına qədər razılıq əldə olunub və klub bunu yaxın vaxtlarda açıqlayacaq.

Yeni sözləşməyə əsasən, İnzaqi A Seriyasında ən çox qazanan məşqçi olacaq. Belə ki, o, 6.5 milyon avro maaş alacaq.

Mütəxəssis 2021-ci ildən komandaya rəhbərlik edir.