Zlatan İbrahimoviç Teo Hernandezin "Milan"dan ayrılmaq ehtimalından danışıb.

Offsideplus.az xəbər verir ki, Seriya A təmsilçisinin idman və kommersiya müşaviri fransalının heç yerə getmədiyini bildirib:

“Teo “Milan”ın oyunçusudur. Bəxtimiz gətirdi ki, Avropa Çempionatının yarımfinalında üç futbolçumuz var. O, "Milan"ın oyunçusudur. Bilirik ki, burada çox xoşbəxtdir. Yeni məşqçinin yaradacağı komandada Teonun ürəyi istədiyi formada oynamaq üçün daha çox imkanları olacaq. Fonsekanın oyunu da onun üzərində qurulacaq. Çox yaxşı olacaq, ona görə narahat deyiləm”.