“Çelsi”nin hücumçusu Romelu Lukaku "Milan"a keçə bilər

Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar”ın rəsmiləri belçikalı futbolçu və klubu ilə əlaqə saxlayıb.

Lukaku ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub.

Qeyd edək ki, "Çelsi"nin üzvünün dəyəri 30 milyon avrodur.