"Empoli" klubu baş məşqçisi Paolo Zanettini istefaya göndərib.

Offsideplus.az xəbər verir ki, bu mövsüm "Empoli" Zanettinin rəhbərliyi altında A seriyasında keçirdiyi 4 matçın hamısında uduzub. Bu səbəbdən də o, istefaya göndərilib.

Qeyd edək ki, Paolo 2022-ci ilin yayında "Empoli"nin baş məşqçisi idi. İddialara görə, yeni baş məşqçi artıq 3 dəfə "Empoli"ni çalışdırmış Aurelio Andreazzoli olacaq.