"Milan" klubunun Fransa millisinin heyətində zədələnən futbolçusu Olivye Jirunun son durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu Avro-2024-ün seçmə mərhələsində İrlandiya ilə oyunda topuğundan zədə aldığı üçün Fransa yığmasından kənarlaşdırılıb. Lakin forvardın zədəsinin ciddi olmadığı, sentyabrın 16-da "İnter"ə qarşı Milan derbisində oynayacağı qeyd olunub.
Qeyd edək ki, bu mövsüm Jiru 3 matçda 4 qol vurub və 1 qolun ötürməsini verib.