“Yuventus” klubu futbolçusu Leonardo Bonuççini satmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi 36 yaşlı futbolçunu “Latsio”ya təklif etsə də, “qartallar” bundan imtina edib.

“Qoca sinyora” transfer pəncərəsinin sonuna qədər Leonardoya yeni komanda tapmağa çalışacaq.

Qeyd edək ki, Bonuççi 2018-ci ildən “Yuventus"da çıxış edir.