"Yuventus" klubunun sabiq yarımmüdafiəçisi Xuan Kuadradonun "İnter"ə keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında bir il müddətinə müqavilə imzalanıb. Kolumbiyalının "İnter"dəki maaşı bonuslar nəzərə alınmadan illik 2 milyon avro olacaq.

2022/2023 mövsümündə Kuadrado "Yuventus"un heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib. Futbolçunun Turin klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb, tərəflər müqaviləni yeniləməyib.

“İnter” isveçrəli hücumçusu Darian Malesi də “Yanq Boyz”a satıb. 22 yaşlı forvardın keçidi yeni klubuna 2 milyon avroya başa gəlib. Males İsveçrə klubu ilə 4 illik sözləşmə imzalayıb.