İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, paytaxt təmsilçisi, "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkennini sıralarına qatmaq niyyətindədir.

"Canavarlar"ın baş məşqçisi Joze Mourinyo 24 yaşlı ABŞ-li futbolçunu sərəncamında görmək istəyir.

Bildirək ki, Makkenni son mövsümü icarə əsasında İngiltərənin "Lids Yunayted" klubunda keçirib.