"Sampdoriya" klubunun rəhbərliyi azarkeşlər tərəfindən ölümlə təhdid olunub.
Offsideplus.az "CNN"ə istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin azarkeşləri komandanın uğursuz çıxış etməsindən dolayı, narazılığını qorxunc formada bildirib. Belə ki, fanatlar içərisində kəsilmiş donuz başı olan bir qutunu klubun binasının önünə atıb. Bildirilir ki, qutunun içində çılğın azarkeşlər tərəfindən yazılmış məktub da olub. Həmin məktubda klub prezidenti Massimo Ferrero və köməkçisi Antonio Romeiyə: "Sıradakı başlar, sizinki olacaq" - deyə, bir xəbərdarlıq edilib.
Qeyd edək ki, "Sampdoriya" A Seriyasında 23 turdan sonra 11 xalla 19-cu pillədə qərarlaşıb.