“Sassuolo” klubu ilə matç Viktor Osimhen üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, “Napoli”nin hücumçusu karyerasında 100-cü qolunu vurdu. 24 yaşlı nigeriyalı futbolçu yubiley qolunun sevincini 197-ci oyununda yaşayıb.
Maraq üçün qeyd edək ki, müasir futbolun ən yaxşı bombardirlərindən olan Lionel Messi karyerasında 100 qol həddinə 210-cu, Kriştiano Ronaldo isə 301-ci oyunda çatıb. Osimhen çempionatda ardıcıl 7-ci oyunda qapıya yol tapmaqla “Napoli”nin sabiq hücumçusu Qonsalo İquayna məxsus rekordu yeniləyib.