Türk futbolçu Koray Günter İtaliyada klubunu dəyişib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi "Verona"dan "Sampdoriya"ya keçib. Təcrübəli oyunçu mövsümün sonuna kimi icarə əsasında "Sampdoriya"da çıxış edəcək.
Qeyd edək ki, Koray Günter "Verona"ya 2020-ci ilin yayında "Cenoa"dan transfer olunub.