“Roma” klubu ingiltərəli müdafiəçi Kris Smollinqlə yeni müqavilə imzalaya bilər.

Offsideplus.az xəbər verir ki, Smollinq başqa klublardan gələn təklifləri də dəyərləndirməyi düşünür. “İnter” və “Yuventus” Roma klubu ilə müqaviləsinin sonuna çatan futbolçu ilə bağlı durumu izləyir.

“Roma” Smollinqi saxlaya bilsə, onunla 2 illik müqavilə imzalanacaq. 33 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilə qədərdir. Onun maaşı isə 3,5 milyon avrodur.