“Çelsi”nin futbolçusu Alvaro Morata tezliklə “Milan”a keçə bilər.

 Offsideplus.az xəbər verir ki, İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı hücumçu İtaliya klubu ilə razlığa gəlib.

Qeyd edək ki, Morata əvvəllər də A Seriyasında çıxış edib. O, 2014-2016-cə illərdə “Yuventus”un heyətində 63 oyuna çıxıb və 22 qol vurub.