İtaliyanın “Leççe” klubunun müdafiəçisi Samuel Umtiti İtaliya çempionatının 13-cü turunun “Udineze” ilə matçını (1:1) başa vura bilməyib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı fransalı futbolçu görüşün 57-ci dəqiqəsində əvəzlənib. Umtiti belindən zədə alıb.

Onun üçün bu oyun yayda “Barselona”dan keçdiyi İtaliya klubunda üçüncü olub.