"Yuventus" klubu futbolçularından birini satmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi Ueston Makkennini komandada saxlamaq istəmir.
"Qoca sinyora" rəhbərliyi ABŞ-dan olan futbolçuya aparıcı oyunçu kimi baxmır. Buna görə də 24 yaşlı yarımmüdafiəçinin qışda başqa kluba satılacağı gözlənilir.
Qeyd edək ki, o, 2021-ci ildə "Şalke"dən "Yuventus"a keçib.