“İnter”in və “Latsio”nun sabiq yarımmüdafiəçisi Deyan Stankoviç “Sampdoriya”nın baş məşqçisi olub.
Offsideplus.az xəbər verir ki, tərəflər 30 iyun 2023-cü il tarixinədək nəzərdə tutulan müqaviləni daha bir mövsüm uzatmaq imkanı ilə imzalayıblar.
“Sampdoriya” bu mövsüm 6 məğlubiyyət alıb və A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.