İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, ayın ən yaxşısı adını "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya qazanıb. 21 yaşlı yarımmüdafiəçi avqustda 4 oyun keçirib, 3 qol və 1 assistə imza atıb.

Qeyd edək ki, 2022-ci ilin yayında "Napoli"yə keçən Xviça, Azərbaycan millisində çıxış etmiş Badri Kvaratsxeliyanın oğludur.