"İnter"in futbolçusu Zinho Vanheusden iki klubun maraq dairəsindədir.
Offsideplus.az xəbər verir ki, "Spetsiya" və "Sampdoriya" 22 yaşlı müdafiəçmini heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Nikili Şkira məlumat yayıb. Onun Milan təmsilçisi ilə hazırkı müqaviləis 2026-da başa çatır.
Qeyd edək ki, belçikalı futbolçu ötən mövsümdə icarə əsasında "Cenoa"da keçirib.