"Real"la yollarını ayıran Marselo karyerasını İtaliyada davam etdirməyə yaxındır.

 Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, "Milan" 34 yaşlı braziliyalı müdafiəçiyə müqavilə təklif edib. Razılıq əldə olunacağı halda "rossonyerilər" "sambaçı"ya 3 milyon avro illik maaş verəcək. Bildirilib ki, adıçəkilən oyunçu bu transferə müsbət yanaşır.

Qeyd edək ki, 2007-ci ildən "Real"ın şərəfini qoruyan Marselo bu ay komandanı tərk edib.